"Zirə" 3 yoxlama oyunu keçirəcək
05.06.2024 - 14:56
"Zirə" 3 yoxlama oyunu keçirəcək

“Zirə"nin yay hazırlıq planı bəlli olub.

Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, 14 iyun - 4 iyul tarixlərində Türkiyənin Bolu şəhərində baş tutacaq toplanışda komanda 3 yoxlama oyunu keçirəcək.

Qarşılaşmaların iyunun 21-i, 25-i və iyulun 3-də keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, rəqiblərin kimliyi hələlik məlum deyil.

writer photo
Əlirza Əlirzalı
0