Di Mariya Messinin yanına gedir
08.06.2023 - 13:47
“İnter Mayami” Argentina millisinin daha bir futbolçusunu heyətinə qatmağa qərar verib.
Apasport.az saytının məlumatına görə, MLS təmsilçisi Lionel Messinin ardından Anhel di Mariyaya elçi düşüb.
Klubun sahibi Devid Bekhem və rəhbərlikdə yer alan digər rəsmilər yarımmüdafiəçini komandada görmək istəyir. “Yuventus”la müqaviləsi başa çatan 35 yaşlı cənubi amerikalı azad agent statusuna malikdir.
Qeyd edək ki, PSJ-dən ayrılan Messi karyerasını “İnter Mayami”də davam etdirəcəyini açıqlayıb.
0
0