"Benfika"nın qapıçısı "Kəpəz"də
12.10.2023 - 14:36
"Benfika"nın qapıçısı "Kəpəz"də

“Kəpəz” heyətini yeni qapıçı ilə gücləndirib.

Apasport.az xəbər verir ki, portuqaliyalı İqor Rodriqes bundan sonra Gəncə təmsilçinin şərəfini qoruyacaq.

Bu addımı ilə Gəncəlilər “Feirense”nin keçmiş oyunçusunun komandaya uğur qazandıracağına ümid edir.

Qeyd edək ki, 28 yaşlı qapıçı Portuqaliyanın tanınmış komandalarından olan "Benfika" ilə müqavilə bağlasa da, icarə əsasında “Şaveş”, “Eştoril” və “Sportinq Kovilya” klubunda oynayıb.

writer photo
Əlirza Əlirzalı
0