Benzia 59 dəqiqə oynadı, komandası uduzdu
07.06.2024 - 01:27
Benzia 59 dəqiqə oynadı, komandası uduzdu

“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia Əlcəzair yığmasında növbəti oyununa çıxıb.

Apasport.az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsində Qvineyaya qarşı keçirilən matçda iştirak edib. 

Meydana start heyətində çıxan Benzia 59-cu dəqiqədə Mohamed Amoura ilə əvəzlənib. 

Görüş Qvineya millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

writer photo
Əlirza Əlirzalı
0