Rumıniya – Kosova matçında siyasi şüarlar qalmaqalı
13.09.2023 - 01:18
Rumıniya – Kosova matçında siyasi şüarlar qalmaqalı

Avropa çempionatının seçmə mərhələsinin Rumıniya – Kosova matçında 50 dəqiqəlik fasilə yaranıb. 

Apasport.az saytı xəbər verir ki, buna səbəb meydan sahibləri azarkeşlərinin siyası şüarlar səsləndirməsi olub.

Fransalı hakim 18-ci dəqiqədə oyunu yarımçıq dayandırıb və futbolçular soyunub-geyinmə otağına yollanıblar. Buxarestdəki Milli stadionda “Unite Sub Tricolor” fanat qrupu “Kosova – Serbiya deyil”, “Bessarabiya Rumıniyadır” yazılmış bayraqlar dalğalandırıb və şüarları səsləndirib. Yerli federasiya rəhbərliyinin oyunun hakimi və UEFA nümayəndəsi ilə müzakirəsindən sonra qarşılaşma bərpa olunub. Təhlükəsizlik orqanları azarkeşlər danışıqlar aparıb, bayraqları endiriblər. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Rumıniya Kosovanın müstəqilliyini tanımayıb. Bessarabiya isə Şərqi Avropada tarixi bölgədir və 1918-1940-cı illərdə Rumıniyanın tərkibində olub. Sonradan həmin ərazilər Moldova və Ukraynanın tabeliyinə verilib.

writer photo
Əlirza Əlirzalı
0