“Fənərbaxça”nın 9 illik kubok həsrəti bitdi
11.06.2023 - 23:49
“Fənərbaxça” Türkiyə kubokunu qazanıb.
Apasport.az saytı xəbər verir ki, komanda finalda “Başakşəhər”i məğlub edib.
Hesab matıçın 46-cı saniyəsində açılıb. “Fənərbaxça”nın belçikalı hücumçusu Mişi Batşuayi fərqlənib. O, oyunun 29-cu dəqiqəsində dubl edərək, yekun nəticəni müəyyənləşdirib. “Başakşəhər” tarixində yüksəldiyi üçüncü finalı da uduzub. Komanda 2011 və 2017-ci illərdə də həlledici oyunda məğlub olmuşdu.
Qeyd edək ki, “Fənərbaxça” sonuncu dəfə 2016-ci ildə kuboku qazanmışdı.
Türkiyə kuboku
Final
“Fənərbaxça” – “Başakşəhər” – 2:0
Qollar: Batşuayi, 1; 29.
0
0