Berdıyev sabiq yetirməsini "Turan"a gətirir
01.07.2024 - 17:54
Berdıyev sabiq yetirməsini "Turan"a gətirir

“Turan Tovuz”a yeni baş məşqçi təyin edilən Kurban Berdıyev tanıdığı futbolçuları Azərbaycana dəvət edəcək. Artıq bu yöndə iki futbolçunun keçidi baş tutub. Belə ki, bölgə klubu Rusiyadan olan iki qolkiper - İvan Konovalov və Sergey Samokla anlaşıb.

Apasport.az saytına verilən məlumata görə, Berdıyevin sərəncamında görmək istədiyi daha bir futbolçu ötən mövsüm “Dinamo”(Maxaçqala) klubunda oynamış Sərdar Sərdarovdur. 

Rusiyalı yarımmüdafiəçinin Maxaçqala klubu ilə müqaviləsi artıq başa çatıb. Hazırda danışıqlar davam etdirilir. Onun “Dinamo”da qalaraq, bu komandaya Rusiya Premyer Liqası görüşlərində də kömək olması ehtimalı az deyil.

ÇSKA-nın yetirməsi olan Sərdar “Anji”, “Ural”, “Krılya Sovetov”, “Slaviya”(Sofiya), “Yenisey”, “Krakoviya”, “İnter Zapreşiça”, “İstra”, “Mezakoveşd”, “Aktobe”, “Soqdiana” klublarında da işləyib. Bu dəfə isə Berdıyev Sərdarı yeni sezon üçün “Turan Tovuz”da görmək niyyətindədir. Bu həftə onun keçidinin baş tutub-tutmayacağı dəqiqləşəcək.

writer photo
Əlirza Əlirzalı
0