Beş güləşçimizdən mundiala start
23.10.2023 - 11:46
Bu gün Albaniyanın paytaxtı Tiranada keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatı start götürür.
Apasport.az xəbər verir ki, mundialın ilk yarış günündə Azərbaycan sərbəst güləş millisinin 5 təmsilçisi xalça üzərinə çıxacaq.
Ceyhun Allahverdiyev (61 kq), Cəbrayıl Qadjiyev (74 kq), Arseni Djioyev (86 kq), Abdulcəlil Şabanov (92 kq) və Vaxit Qalayev (125 kq) mükafatlar uğrunda mübarizəyə qoşulacaqlar. Onlar yarışa 1/8 finaldan başlayacaq. Qarşılaşmalara saat 12:30-da start veriləcək.
Qeyd edək ki, sərbəst güləş millimiz yarışa 9 idmançı ilə yollanıb.
0
0