"Beşiktaş"da Qurban Qurbanov səsləri
06.04.2024 - 12:25
Son günlər Fernando Santuşun "Beşiktaş"dan ayrılması gündəmdədir.
Apasport.az türk mediasına istinadla xəbər verir ki, "Beşiktaş"ın Santuşla vidalaşacağı təqdirdə "qartallar"ın Edin Terziç və Qurban Qurbanovla görüşəcəyi iddia edilib.
Bildirilib ki, 16 il çalışdırdığı “Qarabağ”la diqqətçəkən işlər görən 51 yaşlı azərbaycanlı mütəxəssis Terziçlə birlikdə siyahının başındadır.
Qeyd edək ki, 41 yaşlı çalışdırıcı Slaven Biliçin "Beşiktaş"da baş məşqçi olduğu zamanlarda "ağ-qaralar"da köməkçi məşqçi vəzifəsində işləyib.
0
0