Bəxtiyar "Tuzlaspor"da formadan uzaq qalıb
08.02.2024 - 21:26
Bəxtiyar "Tuzlaspor"da formadan uzaq qalıb

Türkiyənin “Tuzlaspor” klubunda çıxış edən Bəxtiyar Həsənalızadə qarşıdakı turda da meydana çıxmayacaq.

Apasport.az saytına verilən məlumata görə, hazırda müalicəsini davam etdirən millimizin üzvü Birinci Liqanın 22-ci turunun “Adanaspor”la matçında da oynamayacaq.

Bəxtiyarın müalicəsi hələ davam edir. Onun müalicəsi başa çatdıqdan sonra kollektivlə məşqlərə qoşulacaq.

Bu isə həftəsonuna təsadüf edəcək.

Qeyd edək ki, Həsənalızadə artıq bir aydan çoxdur ki, meydanlara çıxmır. Buna səbəb isə onun belindəki ağrılardır.

writer photo
Əlirza Əlirzalı
0