“Birbaşa” məğlubiyyətsiz 1/8 finalda
07.09.2023 - 20:49
“Birbaşa” məğlubiyyətsiz 1/8 finalda

Mini futbol üzrə Çempionlar Liqasının (EMF) qrup mərhələsinin oyunları keçirilib.

Apasport.az saytı xəbər verir ki, yarışda ölkəmizi təmsil edən “Birbaşa” uğurlu çıxışı ilə yadda qalıb.

Komanda keçirdyi hər üç oyunda qələbə qazanaraq, 1/8 finala vəsiqə qazanıb.

Onlardan fərqli, “Zirə” 2 oyunda məğlubiyyətə üzülüb. Təmsilçimiz növbəti görüşdə özünə gələrək, 1/8 finala yüksəlmək üçün pley-offda  Slovakiyanın "Hidrokres Preşov" klubuna qalib gəlib. "Zirə" 1/4 finala gedən yolda Macarıstanın "PFF Szanto" klubunu sınağa çəkəcək. 

 
Çempionlar Liqası
C qrupu

“Birbaşa" (Azərbaycan) – “Maqufana” (Yunanıstan) – 3:1
“Birbaşa” (Azərbaycan) – “Volta” (Moldova) – 4:1
“Birbaşa” (Azərbaycan) – “Prestij MFK” (Albaniya) – 3:1

F qrupu
“Zirə” (Azərbaycan) – “Andezit” (Ukrayna) – 0:1
“Zirə” (Azərbaycan) – “Terra Trak” (Bolqarıstan) – 0:2
“Zirə” (Azərbaycan) – "Hidrokres Preşov" (Slovakiya) - 3:2

writer photo
Əlirza Əlirzalı
0