Birinci Liqa: “Karvan”dan qələbə, Bayılda qolsuz sülh - YENİLƏNİB
18.09.2024 - 17:54
Birinci Liqa: “Karvan”dan qələbə, Bayılda qolsuz sülh - YENİLƏNİB

Bu gün Birinci Liqada II turun oyunlarına start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib. 

"ASCO Arena"da keçirilən qarşılaşmada "Cəbrayıl" "Zaqatala"nı qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən matçda hesab açılmayıb.

"Karvan" isə "Mingəçevir"in qonağı olub. "Ağ-qaralar" Bəhruz Teymurovun ulduzlaşdığı oyunda 3:1 hesablı qələbəyə sevinib.

18 sentyabr

Birinci Liqa 

15:00. "Cəbrayıl" - "Zaqatala" 0:0

16:00. "Mingəçevir" - "Karvan" 1:3
Aqil Nəsibov, 55-p. - Bəhruz Teymurov, 31, 45+2, 89

writer photo
Əlirza Əlirzalı
0