"Çelsi"nin forvardı "Sevilya" YOLUNDA
06.01.2024 - 15:40
"Çelsi"nin forvardı "Sevilya" YOLUNDA

"Union"da icarə əsasında çıxış edən "Çelsi"nin mərkəz hücumçusu David Datro Fofana "Sevilya"ya keçəcək.

Apasport.az xəbər verir ki, London klubu "Sevilya"ya keçidini rəsmiləşdirmək üçün Fofananı vaxtından əvvəl icarədən qaytaracaq.

Cari kampaniyada 21 yaşlı forvard bütün turnirlər daxil olmaqla 17 matça çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Fofana ötən ilin yanvarında 12 milyon avroya "Çelsi"yə keçmişdi. 

writer photo
Əlirza Əlirzalı
0