Çingiz Abdullayev "Neftçi"dən getdi - Müşahidə Şurasında yeni sədr
01.12.2022 - 23:20
Çingiz Abdullayev "Neftçi"dən getdi - Müşahidə Şurasında yeni sədr

"Neftçi"nin Müşahidə Şurasının (MŞ) tərkibində dəyişikliklər olub.

Apasport.az xəbər verir ki, klubun rəsmi saytının Müşahidə Şurasının üzvləri siyahısında dəyişikliklər olduğu görünür.

Əvvəlki MŞ sədri Çingiz Abdullayevi SOCAR prezidenti Rövşən Nəcəf əvəz edib.

Həmçinin, elm və təhsil naziri Emin Əmrullayev, Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-polkovnik Orxan Sultanov, Elnarə Məmmədova və Hafiz Zeynalov Müşahidə Şurasına yeni üzv seçiliblər. Zaur Qəhrəmanovla Səməd Qurbanov əvvəlki kimi MŞ-da fəaliyyətini davam etdirəcək.

Müşahidə Şurasının əvvəlki üzvlərindən Cəbrayıl Cəbrayılov, Fərhad Bədəlbəyli və Mehdi Nəcəfov buradakı vəzifəsindən ayrılıb.

writer photo
Əlirza Əlirzalı
0