"Real" onu itirdi
19.09.2023 - 16:26
"Real" onu itirdi

Madrid "Real"ı müdafiəçisini itirib.

Apasport.az saytı xəbər verir ki, komandanın əsas heyət üzvlərindən olan Daniel Karvahal sağ ayağının əzələsindən zədə alıb.

31 yaşlı müdafiəçi bu səbəbdən Çempionlar Liqasının qrup mərhələsinin I turunun "Union Berlin"lə matçında oynaya bilməyəcək. Onun La Liqada "Atletiko" ilə qarşıdakı matçda da iştirakı sual altındadır.

Qeyd edək ki, “Kral klubu”nun baş məşqçisi Karlo Ançelotti Karvahalı Lukas Vaskesin əvəzləyəcəyini deyib.

writer photo
Əlirza Əlirzalı
0