Azərbaycanın futbol çempionatlarında 2023/2024 mövsümünün ən böyükhesablı səfər qələbəsi qeydə alınıb.
Apasport.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu, "Qəbələ 2"nin "Araz-Naxçıvan 2"yə qalib gəldiyi (9:0) Əvəzedicilər Liqasının XXVII turunun oyununda gerçəkləşib.
Bu, cari mövsüm PFL-in bayrağı altında keçirilən bütün turnirlərdə qeydə alınan 3-cü belə nəticədir. Bunadək iki dəfə 9 top fərqi qeydə alınıb.
Belə nəticələr II Liqada yaşanıb. 2023-cü il noyabrın 6-da “Şahdağ Qusar” “Dinamo”nu, martın 5-də “Cəbrayıl” “Kürmük Qax”ı 9:0 hesabı ilə məğlub edib. Lakin həmin qarşılaşmalar meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
“Qəbələ-2” səfərdə ən böyükhesablı qələbənin müəllifi kimi rekorda imza atıb.