Depay “Barselona”ya şərt qoydu
15.11.2022 - 13:37
Depay “Barselona”ya şərt qoydu

“Barselona” futbolçusu Memfis Depayla yollarını ayırmaqda çətinliklə üzləşib.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu niderlandlı hücumçuya azad agent statusu verərək vidalaşmağa razıdır.

Lakin forvard klubun qarşısına iki şərt qoyub. Müqaviləsi 2023-cü ilin yayında başa çatacaq Depay qışda komandadan getmək üçün anlaşma üzrə ona çatan maaşın hamısını almaq istəyir. Hücumçu yalnız Çempionlar Liqasında mübarizə aparan 16 komandadan birinə keçməyə razıdır.

Qeyd edək ki, Memfis cari mövsümün 3 oyununda 1 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0