Konfrans Liqası: “Neftçi”nin potensial rəqibi bəlli oldu
18.07.2022 - 16:20
Konfrans Liqası: “Neftçi”nin potensial rəqibi bəlli oldu

Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə “Neftçi”nin potensial rəqibi müəyyənləşib.

II raundda Kipr klubu “Aris”lə qarşılaşacaq Premyer Liqanın gümüş mükafatçısı rəqibini üstələyəcəyi təqdirdə növbəti mərhələdə “Rapid” (Vyana, Avstriya) - “Lexiya” (Qdansk, Polşa) cütünün qalibi ilə görüşəcək. “Ağ-qaralar” mərhələ adlayarsa ilk matçını evdə keçirəcək.

Qeyd edək ki, Konfrans Liqasında III təsnifat mərhələsinin oyunları avqustun 4-də və 11-də keçiriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0