“Azərreyl” avrokubok matçlarını Almaniyada keçirəcək
05.12.2022 - 13:50
“Azərreyl” avrokubok matçlarını Almaniyada keçirəcək

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubunun Çelenc kubokunun 1/16 final mərhələsində keçirəcəyi oyunların yeri və vaxtı dəyişdirilib.

Apasport.az saytının məlumatına görə, Eldar Yusubovun yetirmələri “Turingen”lə hər iki matçı Almaniyada keçirəcək.

Bu barədə iki klub arasında qarşılıqlı razılaşma əldə olunub. Dekabrın 14-də öncədən Bakıda təşkil olunması planlaşdırılan ilk qarşılaşma Almaniyada keçiriləcək. “Azərreyl” həmin matçın nominal meydan sahibi olacaq. Komandaların cavab oyunu isə öncədən nəzərdə tutulduğu kimi dekabrın 20-də deyil, ayın 15-də təşkil olunacaq.

Qeyd edək ki, “Azərreyl” 1/32 finalda Slovakiya təmsilçisi “Slaviya”nı mübarizədən kənarlaşdırıb.
 

writer photo
Əlirza Əlirzalı
0