Səhv edən hakim Premyer Liqadan kənarlaşdırıldı
18.02.2023 - 01:45
Səhv edən hakim Premyer Liqadan kənarlaşdırıldı

İngilis hakim Li Meyson XXIII turdakı səhvə görə daha Premyer Liqada işləməyəcək.

Apasport.az xəbər verir ki, 51 yaşlı hakim "Arsenal"ın "Brentford"la oyununda video köməkçi hakim kimi fəaliyyət göstərib. O, qonaqların hücumçusu Ayvan Touninin qolunu yoxlayarkən ofsayd xəttini çəkməyi unudub və nəticədə qol səhvən hesablanıb.

Premyer Liqanın baş hakimi Hovard Vebb Li Meysonun səhvinə görə "Arsenal"dan üzr istəyib. Topçuların baş məşqçisi Mikel Arteta bu üzrü qəbul etməyib.

Qeyd edək ki, görüş 1:1 hesabı ilə başa çatıb və "Arsenal" həmin qol sayəsində 3 xaldan məhrum olub.

writer photo
Əlirza Əlirzalı
0