“Qarabağ” - “Zirə”: 28-ci duel – RƏQƏMLƏR NƏ DEYİR?
27.05.2022 - 10:36
“Qarabağ” - “Zirə”: 28-ci duel – RƏQƏMLƏR NƏ DEYİR?

Bu gün Azərbaycan kubokunda 2021/22 mövsümünün final oyunu keçiriləcək.

Apasport.az saytının məlumatına görə, sayca 30-cu ölkə kubokunun qalibi Qəbələdə müəyyənləşəcək.

Mükafat üçün mübarizə aparacaq “Qarabağ”la “Zirə” tarixdə 28-ci dəfə üz-üzə gələcək. Kubokda ilk duelə çıxacaq rəqiblər indiyədək yalnız Premyer Liqada görüşüb.

“Qarabağ” əvvəlki 27 matçda uduzmayıb. 18 qələbəsi olan ağdamlılar 9 dəfə heç-heçə edib. 55 qol vuran Qurban Qurbanovun yetirmələri 12 top buraxıb.

Ağdamlılar bu uğurlu ənənəni davam etdirməyə çalışacaq. “Zirə” isə tarixində ilk dəfə bu rəqibi məğlub etməlidir. İlk titul üçün mübarizə aparan qəsəbə təmsilçisi son üç sınaqda rəqib qapısına qol da vurmayıb.

“Qarabağ” – “Zirə”: Bütün oyunlar
17.10.2015. “Qarabağ” - “Zirə” - 4:1
13.12.2015. “Zirə” - “Qarabağ” - 0:0
05.03.2016. “Qarabağ” - “Zirə” - 2:0
01.05.2016. “Zirə” - “Qarabağ” - 0:2
19.09.2016. “Qarabağ” - “Zirə” - 2:0
06.11.2016. “Zirə” - “Qarabağ” - 0:2
08.02.2017. “Qarabağ” - “Zirə” - 2:0
19.03.2017. “Zirə” - “Qarabağ” - 0:0
01.10.2017. “Qarabağ” - “Zirə” - 0:0
25.11.2017. “Zirə” - “Qarabağ” - 2:3
10.03.2018. “Qarabağ” - “Zirə” - 2:0
27.04.2018. “Zirə” - “Qarabağ” - 1:2
26.09.2018. “Qarabağ” - “Zirə” - 3:2
09.12.2018. “Zirə” - “Qarabağ” - 0:6
09.03.2019. “Qarabağ” - “Zirə” - 0:0
27.04.2019. “Zirə” - “Qarabağ” - 0:3
23.09.2019. “Zirə” - “Qarabağ” - 1:3
10.11.2019. “Qarabağ” - “Zirə” - 1:1
15.02.2020. “Zirə” - “Qarabağ” - 0:6
25.10.2020. “Zirə” - “Qarabağ” - 0:0
24.12.2020. “Qarabağ” - “Zirə” - 3:2
09.03.2021. “Zirə” - “Qarabağ” - 0:2
04.05.2021. “Qarabağ” - “Zirə” - 1:1
15.08.2021. “Zirə” - “Qarabağ” - 1:1
16.12.2021. “Qarabağ” - “Zirə” - 2:0
19.03.2022. “Zirə” - “Qarabağ” - 0:3
08.05.2022. “Qarabağ” - “Zirə” - 0:0
 

writer photo
Əlirza Əlirzalı
0