"Barselona"dan 7,3 milyon avronu kimin ödədiyi bilinmir
19.03.2023 - 14:34
"Barselona"dan 7,3 milyon avronu kimin ödədiyi bilinmir

"Barselona" klubdakı keçmiş hakimin xidmətindən kimin istifadə etməsinə dari vergi və prokurorluqda izah verə bilməyib.

Apasport.az xəbər verir ki, “Neqreyra işi” ilə bağlı daha ətraflı məlumat dərc olunub. El Pais araşdırma ilə bağlı sənədə istinadən yazıb: "Barselona adından kimin bu xidməti sifariş etdiyini söyləmək mümkün deyil".

Sənəddə həmçinin bildirilir ki, Barselona vergi orqanlarının və prokurorluğun sorğusuna cavab olaraq “sözügedən şirkətlə (Neqreyraya məxsus şirkət) müqavilənin yazılı olmadığı” bildirilib.

“Klub şifahi razılaşmanın təfərrüatlarını bilmir. Bu müqavilələr üzrə danışıqlar aparmalı olan şəxslər artıq klubun işçiləri deyil”, – "Barselona" vergi və prokurorluğun sorğusuna yazılı cavab verib.

Xatırladaq ki, Barselona prokurorluğu kluba və onun keçmiş prezidentləri Xosep Bartomeu və Sandro Roselə qarşı keçmiş futbol funksioneri Xose Mariya Enrikes Neqreyraya ödənişlərdə mümkün korrupsiya faktı ilə bağlı iddia qaldırıb. "Barselona"nın 2001-2018-ci illərdə klubdan 7,3 milyon avro alan Neqreyranın hazırladığı hakim hesabatları üçün pul ödədiyi iddia edilir.

writer photo
Əlirza Əlirzalı
0