Messi Argentina forması geyinməyəcək
17.03.2024 - 13:19
Messi Argentina forması geyinməyəcək

Argentina millisinin kapitanı Lionel Messi yığmanın qarşıdakı yoldaşlıq görüşlərini buraxacaq.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, təcrübəli futbolçu Argentina millisinin qarşıdakı yoldaşlıq oyunlarında iştirak etməyəcək.

O, “İnter Mayami”nin heyətində zədələnib.  

Argentina millisi ABŞ-da iki yoldaşlıq oyunu keçirəcək. Argentinalılar martın 23-də Salvador, martın 26-da isə Kosta-Rika ilə qarşılaşacaq.

writer photo
Əlirza Əlirzalı
0