Libertadores kubokunun qalibi “Liverpul”un hədəfində
07.11.2023 - 11:33
Libertadores kubokunun qalibi “Liverpul”un hədəfində

“Liverpul” “Fluminense”nin yarımmüdafiəçisi Andre Trindadeni heyətinə qatmaq istəyir.

Apasport.az xəbər verir ki, yayda futbolçunun keçidini həll edə bilməyən Premyer Liqa klubu fikrindən daşınmayıb.

Mersisaydlılar həmin vaxt onun üçün 30 milyon avro təklif etsə də, transfer baş tutmayıb. Klubun skautları Libertadores kubokunun final matçı zamanı yarımmüdafiəçini yenidən izləyiblər. Bu matçda "Arsenal" və "Fulhem"in skautları da iştirak edib.

Qeyd edək ki, Libertadores kubokunu qazanan Braziliya təmsilçisi mərkəz oyunçusunu qış transfer dönəmində satmağa hazırdır. Mümkün transferin məbləği 35 milyon avrodan çox olacaq.

writer photo
Əlirza Əlirzalı
0