FIFA və UEFA Rusiyaya icazə verdi
08.11.2022 - 13:24
FIFA və UEFA Rusiya ilə Tacikistan yığmaları arasında yoldaşlıq oyununun keçirilməsinə razılıq verib.
Apasport.az saytı xəbər verir ki, bu barədə Tacikistan Futbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, matçın təşkilinə artıq icazə verilib. Hətta görüşün nəticəsi FIFA reytinqi hesablanarkən nəzərə alınacaq. Qarşılaşmada komandalar 6 əvəzetmədən istifadə edə biləcəklər. Rusiya yığması noyabrın 17-də Tacikistan, 20-də isə Özbəkistanla yoldaşlıq görüşü keçirəcək.
Qeyd edək ki, FIFA və UEFA Rusiya klublarını, eləcə də milli komandalarını beynəlxalq yarışlardan kənarlaşdırıb.
0
0