"Brayton"da yeni məşqçi
16.06.2024 - 11:24
Futbol üzrə İngiltərə Premyer Liqası təmsilçilərindən “Brayton”a yeni baş məşqçi təyin edilib.
Apasport.az xəbər verir ki, İngiltərə klubu Fabian Hürtselerlə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı mütəxəssis 2027-ci il iyunun 30-na qədər Premyer Liqa klubunu çalışdıracaq.
Onun son iş yeri Almaniyanın "Sankt-Pauli” klubu olub. Fabian peşəkar məşqçi karyerasına isə Almaniyanın aşağı liqa klubu olan “Pipinsryad”da başlayıb.
0
0