“Qarabağ”ın həkimi: “Lunyov qarşıdakı matçda oynaya bilər”
24.11.2023 - 15:17
“Qarabağ”ın həkimi: “Lunyov qarşıdakı matçda oynaya bilər”

“Andrey Lunyovun indiki durumu qənaətbəxşdir”.

Apasport.az xəbər verir ki, bunu “Qarabağ”ın həkimi Gena Kislari deyib.

O, Rusiyanın TASS agentliyinə açıqlama verib. Kislari “Qarabağ”ın və Rusiya millisinin qapıçısı Andrey Lunyovun zədədən sonra tam bərpa olduğunu bildirib: “O, üç gündür komanda ilə ümumi qrupda məşqlərə başlayıb. Bunadək onunla fərdi çalışırdıq. İlk günlər məşqlərdə qismən iştirak edirdi. Dünən intensiv hazırlığa başladı. Ola bilər ki, müəyyən ağrıları var, lakin onun normal məşq keçməsinə mane olmur. Demək olar ki, Andrey zədədən sonra bərpa olunub və qarşıdakı matçda oynaya bilər”.

Qeyd edək ki, Lunyov Avropa Liqasının IV turunun noyabrın 9-da keçirilən “Bayer”lə Bakıdakı oyununun (0:1) sonlarında zədələndiyi üçün əvəzlənib.

writer photo
Əlirza Əlirzalı
0