"Real"ın ulduzu Ərəbistana yollana bilər
25.08.2024 - 16:24
"Real"ın ulduzu Ərəbistana yollana bilər

"Real"ın hücumçusu Vinisius Junior mövsümün sonunda Səudiyyə Ərəbistanına yollana bilər.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu bu barədə Madrid klubunu məlumatlandırıb.

O, paytaxt klubu ilə 2027-ci ildə başa çatacaq müqaviləni yeniləmək niyyətində deyil.

Qeyd edək ki, 24 yaşlı futbolçu Səudiyyə Ərəbistanından illik 350 min avroluq təklif alıb. Onun müqaviləsində sərbəst qalmaq maddəsi 1 milyard avrodur.

writer photo
Əlirza Əlirzalı
0