Nəhayət Arda Gülər...
05.11.2023 - 12:51
Nəhayət Arda Gülər...

Arda Gülər İspaniya çempionatında debüt edə bilər.

Apasport.az xəbər verir ki, “Real”ın gənc futbolçusunun “Rayo Vallekano” ilə matçda iştirakı gözlənilir.

Madrid klubunda baş məşqçi Karlo Ançelotti 18 yaşlı hücumameyilli yarımmüdafiəçinin hazır olduğunu deyib: “Arda, komanda ilə işləyir. Təbii ki, onun meydana çıxması lazımdır. Gülərə “Rayo Vallekano” matçına hazır olmağı tapşırmışam”.

Qeyd edək ki, sözügedən matç noyabrın 5-i saat 00:00-da start götürəcək.

writer photo
Əlirza Əlirzalı
0