Haland son turu buraxacaq
01.11.2022 - 17:34
Haland son turu buraxacaq

“Mançester Siti”nin futbolçusu Erlinq Haland Çempionlar Liqasının qrup mərhələsinin son turunu buraxacaq.

Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun baş məşqçisi Pep Qvardiola açıqlayıb.

O bildirib ki, hücumçu “Sevilya” ilə qarşılaşmada iştirak etməyəcək. Halandın adı oyunun protokolunda yer almayacaq. 22 yaşlı norveçli zədədən sonra tam bərpa olunmayıb.

Qeyd edək ki, Erlinq Dortmund “Borussiya”sı ilə qarşılaşmada (0:0) zədələndiyi üçün fasilədə əvəzlənib.

writer photo
Əlirza Əlirzalı
0