Bu gün Azərbaycan Basketbol Liqasında XVIII turun növbəti görüşü keçirilib.
Apasport.az xəbər verir ki, günün yeganə matçı Gəncədə təşkil olunub.
Şəhərin eyniadlı komandası "Sumqayıt"ı qəbul edib. Pley-off şansını itirən klubların mövsümdə son oyununda "Gəncə" qələbəyə sevinib.
Qeyd edək ki, turun ilk 3 görüşündə "Sabah" "Xəzri"yə 77:65, "Xırdalan" "Cəlilabad"a 90:84, "Neftçi" isə "Sərhədçi"yə 73:69 hesabı ilə qalib gəlib. Sabah turun son matçında NTD – İNDİQO – "Şəki" ilə qarşılaşacaq.
27 aprel
XVIII tur
14:00. "Gəncə" – "Sumqayıt" - 86:82 (21:26, 20:18, 24:24, 21:14)
"Gəncə" Olimpiya İdman Mərkəzi