İtaliya çempionatının XVIII turunun açılış oyununda "Napoli" Neapolda əsas rəqiblərindən "Yuventus"u qəbul edib.
Apasport.az xəbər verir ki, turnir cədvəlinə başçılıq edən meydan sahibləri gözlənilmədən "qoca sinyora"nı darmadağına məruz qoyub – 5:1.
Millimizin sabiq hücumçusu Badri Kvaratsxelianın oğlu Xviça Kvaratsxelia bu matçda 1 qol və 2 məhsuldar ötürməyə imza atıb. Bu qələbədən sonra "Napoli" xalını 47-yə qaldıraraq liderliyini bir qədər də möhkəmlədib.
Qeyd edək ki, bu matçadək "Yuventus" 8 oyundur ki, qələbə qazanırdı. Bu qələbələrdə "ağ-qaralar" qapısından top da buraxmamışdı.