Milli Gimnastika Arenasında təlim-məşq toplanışı keçirilir
02.02.2024 - 14:57
Milli Gimnastika Arenasında təlim-məşq toplanışı keçirilir

“Ocaq Sport” klubu, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi (BGM), Respublika Kompleks İdman Məktəbi və Su İdman Sarayını təmsil edən bədii gimnastların iştirakı ilə Milli Gimnastika Arenasında təlim-məşq toplanışı keçirilib.

Apasport.az xəbər verir ki, fevralın 3-dək davam edəcək hazırlığın əsas məqsədi gimnastların gələcəkdə keçiriləcək yarışlara yüksək səviyyədə hazır olmasıdır.

Bədii gimnastika üzrə yığmanın məşqçisi Nəzrin Cəfərzadə bildirib ki, təlim-məşq toplanışında 4 klubdan 2009-2016-ci il təvəllüdlü 70 gimnast iştirak edir.

Qeyd edək ki, təlimlərdə gənc idmançılar təcrübəli məşqçilərin rəhbərliyi altında gürzlər, top, halqa və lentlərlə müxtəlif gimnastika və rəqs hərəkətlərini yerinə yetirirlər.

writer photo
Əlirza Əlirzalı
0