“Qarabağ”ın qış fasiləsində komandadan göndərəcəyi futbolçunun adına aydınlıq gəlib.
Apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi Adama Diakabi ilə yollarını ayıracaq.
Onunla artıq razılıq əldə edilib. Fransalı futbolçu özü də, hazırda klub axtarışındadır. “Monako”nun sabiq futbolçusunun hansı komandaya keçəcəyi isə hələ ki, bəlli deyil. Amma qışda onunla yolların ayrılacağı konkretləşib.
27 yaşlı futbolçu “Qarabağ”a gələnə qədər “Renn”, “Monako”, “Haddersfild”, “Nottingem Forest”, “Amyen” klublarında oynayıb. Onun Azərbaycan çempionu ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.