Əsgərli məğlubiyyətin səbəbini açıqladı
27.08.2022 - 22:32
“Qarabağ” 9 ildir ölkəmizi Avropada layiqincə təmsil edir”.
Apasport.az saytının məlumatına görə, bunu “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli deyib.
Gənc mütəxəssis Misli Premyer Liqasının IV turunun “Qarabağ”la oyunu haqda fikirlərini “CBC Sport”a açıqlayıb: “Qarabağ”a qarşı oynamaq çətindir. Onlarla matçda bir ani diqqətsizlik qola gətirib çıxarır. İkinci hissədə yorğunluqdan başqa, diqqətsizlik də oldu. “Qarabağ”a Avropa Liqasında uğurlar arzulayıram”.
Qeyd edək ki, “Şamaxı” “Qarabağ”ıa səfər oyununda məğlub olub – 0:4.
0
0