Ronaldo cəzalandı - azyaşlının telefonunu qırdığı üçün
23.11.2022 - 18:05
Ronaldo cəzalandı - azyaşlının telefonunu qırdığı üçün

“Mançester Yunayted”in sabiq futbolçusu Kriştiano Ronaldo cəzalandırılıb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı İngiltərə Futbol Assosiasiyası verib.

Hücumçu 2 oyunluq diskvalifikasiya olunub. Portuqaliyalı 50 min funt sterlinq cərimə edilib.

Assosiasiyanın qaydalarını pozduğu üçün Ronaldoya xəbərdarlıq da olunub. Buna portuqaliyalının “Everton”la görüşdəki davranışı səbəb olub. O, azyaşlı azarkeşin telefonunu qırıb. 

Qeyd edək ki, Ronldo və “Mançester Yunayted” arasında müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
 

writer photo
Əlirza Əlirzalı
0