Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb
17.05.2024 - 17:58
Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb

Azərbaycan Atletika Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdiyi yay ölkə çempionatı start götürüb.

Apasport.az xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda baş tutan keçirilən yarışdan öncə açılış mərasimi olub.

Tədbir idmançıların paradı ilə başlayıb. Azərbaycan Dövlət Himni səsləndirildikdən sonra turnir açıq elan olunub.

Çempionatda Bakı və respublikanın müxtəlif regionlarını təmsil edən 140-a yaxın atlet mübarizə aparır.

Yarışın proqramına üç təkanla tullanma, nüvə itələmə, hündürlüyə tullanma, uzunluğa tullanma, 60 metr, 100 metr, 200 metr, 400 metr, 800 metr, 1500 metr, 3000 metr məsafəyə qaçış, eləcə də 4x100 metr məsafəyə qarışıq estafet qaçışı daxildir.

Ölkə çempionatı “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya üçün normativlərin yerinə yetirilməsi və reytinq xallarının toplanması baxımından əhəmiyyətlidir.

Qeyd edək ki, Azərbaycan çempionatına mayın 18-də yekun vurulacaq.

writer photo
Əlirza Əlirzalı
0