Azərbaycan ikinci dəfə Avropa Kubokuna ev sahibliyi edir
30.04.2024 - 14:35
Azərbaycanı mayın 4-5-də Göygöldə yeniyetmələr arasında keçiriləcək Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək.
Apasport.az xəbər verir ki, Azərbaycanın ikinci dəfə ev sahibliyi edəcəyi turnirə Fransa, Xorvatiya, Serbiya, Gürcüstan, Sloveniya, Yunanıstan, İtaliya, Özbəkistan, Qırğızıstan, Türkiyə, Ukrayna, Qazaxıstan, Lüksemburq və fərdi neytral idmançılar olmaqla 400-ə yaxın cüdoçu qatılacaq.
Ölkəmizi Göygöl Olimpiya İdman Kompleksində keçiriləcək Avropa Kubokunda 16 çəki dərəcəsində 102 oğlan və 45 qız təmsil edəcək.
0
0