Murad Məmmədov Paris-2024-ə lisenziya qazanıb
09.05.2024 - 20:13
Murad Məmmədov Paris-2024-ə lisenziya qazanıb

Azərbaycan güləşçisi Murad Məmmədov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Apasport.az xəbər verir ki, yunan-Roma güləşçimiz bu uğura İstanbulda keçirilən Dünya Olimpiya Təsnifat Turnirində nail olub.

60 kq çəkidə çıxış edən idmançımız yarımfinalda Razvan Arnautla (Rumıniya) qarşılaşıb. Məmmədov 8:2 hesabı ilə qalib gələrək Fransa paytaxtında iştirak hüququna yiyələnib.

writer photo
Əlirza Əlirzalı
0