"Arsenal" 70 milyona futbolçu ALIR
08.01.2024 - 16:22
"Arsenal" 70 milyona futbolçu ALIR

Hüquqları "Everton"a məxsus olan 22 yaşlı yarımmüdafiəçi Amadu Onana karyerasını başqa İngiltərə klubunda davam etdirə bilər.

Apasport.az "Football Insider"ə istinadla xəbər verir ki, London "Arsenal"ı yarımmüdafiəçini transfer etmək istəyir.

“Topçular” yarımmüdafiəçi üçün azı 70 milyon avro ödəyərsə, “Everton” futbolçu ilə ayrılmağa hazırdır. Onananın transferində London komandasının baş məşqçisi Mikel Arteta şəxsən maraqlıdır.

İngiltərə çempionatının bu mövsümündə Onana 16 matçda iştirak edib və 1 qol vurub. Belçikalının mersisaydlılarla hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır.
 

writer photo
Əlirza Əlirzalı
0