“Çelsi”nin kapitanı “Real”ın hədəfində
03.11.2023 - 19:41
“Çelsi”nin kapitanı “Real”ın hədəfində

“Real” Ris Ceymsi heyətinə qatmağa qərar verib.

Apasport.az xəbər verir ki, madridlilər yarımmüdafiə xəttini ingiltərəli futbolçu ilə gücləndirmək istəyir. 

Lakin “zadəganlar” kapitanı satmaq niyyətində deyil. Ona görə bu transferin reallaşma ehtimalı aşağı qiymətləndirilir.

Qeyd edək ki, 24 yaşlı mərkəz oyunçusu 2018-ci ildən “Çelsi”nin heyətində çıxış edir.

writer photo
Əlirza Əlirzalı
0