"Bavariya"da "Real"la matçöncəsi itki var
28.04.2024 - 14:43
"Bavariya" Çempionlar Liqasının yarımfinal mərhələsində "Real"a qarşı oynayacağı matça itki ilə çıxacaq.
Apasport.az xəbər verir ki, Münhen klubunun aparıcı futbolçusu Matteys De Liqt aprelin 30-da Almaniyada keçiriləcək ilk oyunu buraxacaq.
Niderlandlı müdafiəçisi Almaniya çempionatının 31-ci turunun "Ayntraxt"la (Frankfurt) görüşündə (2:1) zədələnib.
Buna görə də gənc futbolçunun "Real"la ilk oyunda meydanda olmayacağı dəqiqləşib.
Cavab matçı isə mayın 8-də Madriddə baş tutacaq.
0
0