Emin Mahmudov Azərbaycan millisi tarixinin bombardirləri sıralamasında bir addım da irəliləyib.
Apasport.az saytının məlumatına görə, kapitan Moldova ilə yoldaşlıq görüşündə fərqlənərək buna nail olub.
Kişinyovdakı qarşılaşmanın 28-ci dəqiqəsində hesabı açan “Neftçi”nin yarımmüdafiəçisi yığmadakı qol sayını 9-a çatdırıb. Bununla Ramil Şeydayev və Dmitri Nazarovu geridə qoyan 30 yaşlı futbolçu milli tarixinin ikinci bombardiri Vaqif Cavadova çatıb. İndi Mahmudov yalnız Qurban Qurbanovdan geri qalır. Hazırda “Qarabağ”ı çalışdıran Qurbanov əsas komandada 14 qola imza atıb.
Qeyd edək ki, Emin Mahmudov 2016-cı ildən çağırıldığı Azərbaycan millisində 35 oyun keçirib.