31 yaşlı futbolçu vəfat etdi
06.07.2024 - 17:57
31 yaşlı futbolçu vəfat etdi

Misirin "Fyuçer" klubunun futbolçusu Əhməf Refaat bu gün 31 yaşında vəfat edib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçunun ölüm səbəbi açıqlanmır. Ölümündən bir qədər əvvəl Refaatın vəziyyətinin kəskin pisləşdiyi və xəstəxanaya aparıldığı bildirilib.

Hücumçunun bu ilin martın 11-də Misir çempionatının 16-cı turunun "Əl-İttihad"la oyunda (0:0) ürəyi dayanıb. O, huşunu itirib və qazona yıxılıb, bundan sonra təcili olaraq Misirdəki xəstəxanaya aparılıb. Qeyd olunub ki, futbolçunun ürəyi bir saata yaxın döyünməyib və sonra fəaliyyətini bərpa edib. Xəstəxanada 1 ay sonra o evə buraxılan oyunçu müalicəsini davam etdirib.

Qeyd edək ki, Əhməf Refaat Misir millisinin heyətində 7 oyuna çıxıb və 2 qolla yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0