"Qarabağ"ın sabiq futbolçusu Kadinin zədələnməsi ilə bağlı polis araşdırması başlanılıb.
Apasport.az xəbər verir ki, faktla bağlı Rusiya Daxili İşlər Nazirliyinin Pokrovskoye-Streşnevo bölgəsində yoxlama aparılır.
Xatırladaq ki, hazırda Rusiyanın "Krasnodar" komandasında çıxış edən Kadi "Spartak”la Premyer Liqa matçının 2-ci hissəsinin əvvəlində rəqibin kapitanı Georgi Cikia ilə toqquşub. Onun başı gürcü əsilli futbolçunun çiyninə dəyib. Bundan sonra Kadi huşunu itirib. Dili qatlanan futbolçuya ilk yardımı da məhz Cikia edib.
Epizoddan sonra özünə gələn Kadi 51-ci dəqiqədə elektromobillə meydandan çıxarılıb. Daha sonra o, təcili-tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Beyni silkələnən braziliyalı futbolçunun üz və çənə sümüyündə sınıq aşkarlanıb.