Millimiz FİFA reytinqində irəlilədi
30.11.2023 - 14:22
Millimiz FİFA reytinqində irəlilədi

Milli komandaların FİFA reytinqi açıqlanıb.

Apasport.az xəbər verir ki, Azərbaycan yığması dünyanın 114-cü komandasıdır.

Millimizin hesabında 1174,22 xal var. Komandamız ötən siyahı ilə müqayisədə 6 pillə irəliləyib.

Buna AVRO-2024-ün seçmə mərhələsinin son görüşləri səbəb olub. İsveçlə (3:0) ev, Belçika (0:5) ilə səfər görüşləri yığmamızın irəliləməsi ilə yekunlaşıb.

Qeyd edək ki, cədvələ 1855,20 xala malik Argentina başçılıq edir. Fransa 1845,44 xalla ikinci, İngiltərə 1800,05 xalla üçüncüdür.

writer photo
Əlirza Əlirzalı
0