Messi üçüncülüyə şərik çıxdı
12.08.2023 - 11:31
Messi üçüncülüyə şərik çıxdı

Lionel Messi “İnter Mayami”nin tarixinin ən yaxşı bombardirləri siyahısına daxil olub.

Apasport.az saytının məlumatına görə, argentinalı ulduz Liqalar kubokunun “Şarlott”la oyununda fərqlənib.

O, 4:0 hesablı qələbəyə 1 qolla töhfə verib. Messi yeni klubunda keçirdiyi 5 matçda 8 qol vurub.

Dünya çempionu “İnter Mayami”nin tarixinin 3-cü bombardiri Robert Teylora çatıb. Mayamililərin ən yaxşı bombardiri isə Qonsalo İquayndır – 29 qol.

Qeyd edək ki, bu cədvəliə 16 qol vuran Leonardo Kampana da Messini qabaqlayır.
 

writer photo
Əlirza Əlirzalı
0