Azərbaycanın 3 cüdoçusu finala yüksəlib
05.09.2024 - 16:26
Azərbaycanın 3 cüdoçusu finala yüksəlib

Estoniyanın paytaxtı Tallində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatının ilk yarış günündə 3 cüdoçumuz finala vəsiqə qazanıb. 

Apasport.az xəbər verir ki, Nizami İmranov (60 kq), Könül Əliyeva (52 kq) və Fidan Əlizadə adını finala yazdırıb.

Final görüşləri Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

Qeyd edək ki, Avropa çempionatı sentyabrın 8-də başa çatacaq.

writer photo
Əlirza Əlirzalı
0