Messinin zədəsi ciddidir
17.07.2024 - 09:52
Argentina millisinin və "İnter Mayami"nin futbolçusu Lionel Messi zədələnib.
Apasport.az xəbər verir ki, bu barədə MLS klubu məlumat yayıb.
"İnter Mayami" Amerika Kubokunun finalında zədələnən Lionel Messinin sağ topuq bağından zədələndiyini açıqlayıb.
Klubdan verilən açıqlamada Messinin müalicəsinə başlanıldığı vurğulansa da, onun oyunlara qayıtma tarixi ilə bağlı məlumat verilməyib.
0
0