Futbolçumuza Türkiyə və Rumıniyadan təkliflər var
05.12.2023 - 16:17
Futbolçumuza Türkiyə və Rumıniyadan təkliflər var

Albaniyada legioner həyatı yaşayan Vüsal İsgəndərli karyerasını fərqli komandada davam etdirməyə yaxındır. 

Apasport.az saytına verilən məlumata görə, yarımmüdafiəçinin Albaniya Superliqasındakı performansı Rumıniya və Türkiyə klublarının maraq dairəsinə düşüb.

Konkret olaraq Rumıniya yüksək liqasında mübarizə aparan “Sepsi” Vüsalı heyətində görmək istəyir. Ancaq Türkiyədən gələcək daha konkret təklif İsgəndərlinin fikrini dəyişə bilər.

Qışda azərbaycanlı futbolçu klub rəhbərliyi ilə bunu müzakirə edərək, 2024-cü ilə “Eqnatiya”da başlayıb-başlamayacağına qərar verəcək.

writer photo
Əlirza Əlirzalı
0